Polşada görüş: “Klublar dəyişir, dostlar qalır”
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak bir müddət əvvəl Polşanın “Legiya” klubu ilə müqavilə imzalayan Mahir Emreli ilə görüşüb.
Komanda.az xəbər verir ki, Jezniçak Mahirlə şəkil çəkdirərək, “instagram” hesabında paylaşıb. O, paylaşımında bunları qeyd edib:
“Klublar dəyişir, dostlar qalır. Mahir Emreli uğur qazanmaq üçün hər şeyə sahibdir”.
Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Müdafiəçi hazırda Polşanın “Visla” (Plotsk) klubunda forma geyinir.
“Qarabağ”la müqaviləsinin müddəti bitən Mahir azad agent kimi “Legiya” ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin