“Qarabağ”ın keçmiş futbolçusu üçün yeni baş məşqçi

“Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçevin formasını geyindiyi “Levski” klubu baş məşqçi Petar Xubçevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. “Levski”nin “sükan”ı Georgi Todorova tapşırılıb. Todorov 2013-2018-ci illər aralığında bu komandada məşqçilik edib.

Slavçev 2019-cu ilin dekabrından “Levski”də çıxış edir.

“Levski” Bolqarıstan çempionatında 25 turdan sonra 46 xalla 4-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button