“Qarabağ”ın sabiq futbolçusu Ukraynada klubunu dəyişdi

“Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenkonun yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “Çernomorets” klubuna keçib. Bu barədə Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kravçenko ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Kravçenko 2005/2006 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi Ukrayna yığmasında da 10 oyuna çıxıb.

Kravçenko Ukraynada “Vorskla”, “Dinamo” (Kiyev), “Dnepr”, “Volın” kimi klublarda da çıxış edib. Yarımmüdafiəçi son olaraq ölkəsində “Dnepr-1” komandasının uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button