“Bu arzuma da çatdım” – “Qarabağ”ın sabiq futbolçusu
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike müsahibə verib.
Komanda.az “gaz.com.br” saytına istinadən xəbər verir ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki günlərindən də danışıb.
Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək Azərbaycan klubunun bu turnirdəki ilk qolunun müəllifi olan Pedro bununla arzusuna çatdığını söyləyib:
“Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.
Pedro, 2017/18 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi “köhlən atlar”da 19 oyuna 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin