Sabiq “Qarabağ”lı Super Liqa klubunda
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Super Liqa təmsilçisi “Qazişəhər”lə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Enrike 2019/20 mövsümünü icarə əsasında “Qazişəhər”də keçirəcək.
Müqavilə ilə PAOK klubuna məxsus olan 29 yaşlı yarımmüdafiəçi, 2017/18 mövsümündə “Qarabağ”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin