“Azərbaycanda heç kim səni izləmir” – “Qarabağ”ın sabiq futbolçusu
“Qarabağ”ın sabiq futbolçusu, hazırda Polşanın “Yagelloniya” klubunda çıxış edən Dani Kintana açıqlama verib.
Komanda.az “weszlo.com” saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi, Polşa çempionatı ilə Azərbaycan çempionatını müqayisə edib:
“Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir.
“Qarabağ”da “Yagelloniya”dan daha çox oynamışam. Azərbaycanda komandalar çox müdafiə olunur. Biz ən yaxşı komanda idik. İlk 2 ildə çempionatda 16 qələbə qazandıq. Buna baxmayaraq, həqiqətən, çətin idi. Xüsusi vurğulamaq lazımdır ki, “Qarabağ” çox yaxşı təşkil olunub”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin