Rəsmi: “Qarabağ”ın keçmiş hücumçusu Türkiyə klubu ilə razılaşdı
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Kocaelispor”la razılaşıb. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ndlovu yeni klubu ilə ilkin razılıq əldə edib.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və “Kocaelispor”a azad agent kimi keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin