Türkiyə klubu “Qarabağ”ın sabiq hücumçusu ilə maraqlanır
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 1-ci liqa təmsilçisi yaxın zamanda Ndlovu ilə danışıqlara başlayacaq.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin