“Qarabağ”ın sabiq futbolçusu Polşa klubunda

“Qarabağ”ın sabiq futbolçusu Dani Kintana karyerasını Polşada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Yagelloniya” klubuna keçib. Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dani ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Dani daha əvvəl 2013/14 mövsümündə “Yagelloniya”da çıxış edib. İspan futbolçu 2015-2020-ci illər aralığında Azərbaycanda “Qarabağ”ın uğurları üçün çalışıb.

“Qarabağ”ın sabiq futbolçuları Mahir Emreli və Yakub Jezniçak da Polşada çıxış edir. Emreli “Legiya”nın, Jezniçak isə “Visla”nın uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button