“Qarabağ”ın sabiq futbolçusu Braziliya klubunda

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike karyerasına başqa klubda davam edəcək.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi “İnternasyonal”dan ayrılaraq Braziliyanın başqa klubuna keçib. O, “Korintians”la müqavilə imzalayıb.

33 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandaların formasını geyinib.

Enrike “Qarabağ”ın tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk qolu vurmuş futbolçudur. O, 2017/2018 mövsümündə “Roma” (1:2) ilə Bakıda keçirilmiş görüşdə qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button