“Qarabağ”ın sabiq futbolçusu ABŞ-da akademiya açdı

ABŞ-ın “Nyu-York Kosmos” klubunun futbolçusu Ansi Aqolli Nyu-York şəhərində futbol akademiyası açıb.

Komanda.az xəbər verir ki, bu barədə alban müdafiəçi “Facebook” səhifəsində paylaşım edib.

38 yaşlı sol cinah oyunçusu bu layihəni komanda yoldaşı Bledi Bardiklə birlikdə həyata keçirib. “AB7 Soccer Academy” adlanan akademiya 6 – 14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Aqolli akademiyada peşəkar məşqçilərin cəmləşdiyini bildirib.

Qeyd edək ki, 2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button