“Qarabağ”ın “Sabah”la oyununa bilet satışı başlayır

Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button