“Qarabağ”ın səhvə yol verəcəyinə ümid edirdik”
“Qarabağ”ın səhvə yol verəcəyinə ümid edirdik”.
Komanda.az xəbər verir ki, bunu Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın “Nant” komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.
33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: “Frayburq” “Qarabağ”a qarşı sonadək oynadı. Biz də öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək”.
Fransalı oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: “Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib”.
Xatırladaq, qrup mərhələsinin sonuncu turunda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. “Qarabağ” Avropa Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin