“Qarabağ”ın rəqibi 2 yarımmüdafiəçi almağı planlaşdırır

“Liverpul” yayda rekord məbləğdə transferlər etməsinə baxmayaraq, heyətini tam formalaşdıra bilməyib.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, Merseysayd təmsilçisi qışda iki yüksək səviyyəli yarımmüdafiəçi almağı planlaşdırır.

“Real” yanvarda Aleksis Makallister üçün “Liverpul”a rəsmi təklif göndərəcək. Argentinalı oyunçunun mümkün gedişi Mersisayd təmsilçisinin mərkəz xəttinə zərbə vura bilər, buna görə də, klub yenidən gücləndirmə axtarışına çıxacaq.

Arne Slotun rəhbərliyindəki komanda hazırda 9 turdan sonra Premyer Liqada 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button