“Qarabağ”ın rəqibinin rəhbəri baş məşqçi ilə bağlı məsələyə aydınlıq gətirdi

“Napoli”nin prezidenti Aurelio De Laurentis komanda daxilindəki gərgin vəziyyət və baş məşqçi Antonio Konte ilə bağlı yayılan iddialara münasibət bildirib.

Komanda.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, klub rəhbəri mətbuatda Konte ilə yolların ayrılacağı barədə xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb və çalışdırıcıya dəstək ifadə edib:

“Kontenin qovulacağı barədə saysız-hesabsız uydurmalar oxuyuram. İnternet məlumatın tez yayılmasına imkan verir, amma yayılan hər şey doğru deyil. Bizim Konte ilə xüsusi münasibətimiz var və onun klubumuzda işləməsi ilə qürur duyuram. Azarkeşlərimiz bilməlidirlər ki, bu cəfəng xəbərlər reallığı əks etdirmir”.

Antonio Konte 2024-cü ildən “Napoli”yə rəhbərlik edir. Komanda UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button