“Qarabağ”ın rəqibinin hücumçusu tam sağalıb

“Liverpul”un hücumçusu Aleksander İsak zədədən tam sağalıb.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, isveçli futbolçu fiziki testləri uğurla keçib və 90 dəqiqə oynamağa hazırdır.

26 yaşlı forvard cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Liverpul” Premyer Liqanın növbəti turunda, noyabrın 22-də “Nottingem Forest”ı qəbul edəcək. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button