
“Qarabağ”ın rəqibinin futbolçusu milliyə getməkdən imtina edib
“Liverpul”un vingeri Federiko Kyeza İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzonun dəvətini qəbul etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hazırda optimal fiziki vəziyyətdə olmadığını bildirib və milli komandaya qoşulmaqdan imtina edib.
Qattuzo məsələ ilə bağlı açıqlamasında bunları deyib:
“Bu, çox sadə məsələdir. Mən oyunçularımla daim əlaqədəyəm və vəziyyəti aydınlaşdırmaq istəyirəm. Kyeza özünü yüz faiz hazır hiss etmir və bu fasilədən istifadə edib formaya düşmək istəyir”.
Kyeza cari mövsümdə bütün turnirlərdə 6 matçda meydana çıxıb, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliya millisi bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya və İsrail yığmalarına qarşı oyun keçirəcək.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



