“Qarabağ”ın rəqibinin futbolçusu azarkeşlərdən üzr istədi

“Liverpul”un hücumçusu Huqo Ekitike Liqa kubokunun 3-cü mərhələsində “Sauthempton”la oyunda (2:1) aldığı qırmızı vərəqə ilə bağlı azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib.

85-ci dəqiqədə qol vurduqdan sonra formasını çıxaran fransalı forvard ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, oyundan sonra Ekitike sosial şəbəkə hesabında bunları yazıb:

“Bu gün komandama Liqa kubokundakı ilk oyunumda qələbə qazandırmağa kömək etdiyim üçün çox xoşbəxt idim. Emosiyalarım məni ələ aldı. Bütün “qırmızılar” ailəsindən üzr istəyirəm. Həmişə bizi dəstəkləyən azarkeşlərə və qələbəyə görə komanda yoldaşlarıma təşəkkür edirəm”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button