“Qarabağ”ın rəqibi baş məşqçisi üçün 24 milyon avro təzminat gözləyir
“Bayer” (Leverkuzen) gözləyir ki, komandanın baş məşqçisi Xabi Alonso onun xidmətində maraqlı olan “Liverpul”a rəhbərlik etmək üçün klubdan getmək istədiyini bildirsə, qarşı tərəf onun üçün 21 milyon funt sterlinq (24 milyon avro) məbləğində təzminat ödəyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Məlumata görə, “Liverpul” rəhbərliyi Alonsonu cari mövsümün sonunda komandadan ayrılacaq hazırkı baş məşqçi Yurgen Kloppun yerinə əsas namizəd hesab edir.
Daha əvvəl mətbuatda İngiltərə klubunun artıq Alonso ilə əlaqə saxladığı və ona 3 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.
Alonso 2022-ci ilin payızından “Bayer”ə rəhbərlik edir.
“Bayer” Bundesliqanın cari mövsümündə 24 turdan sonra 64 xal toplayıb və ən yaxın rəqibi “Bayern”i 10 xal qabaqlayaraq, birinci yerdədir.
“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.
Bizi Facebook-da izləyin