
“Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar” – “Qarabağ”ın rəqibinin baş məşqçisi
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın bu mövsümdəki çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqiblərin fərqli oynadığını bildirib:
“Öyrənməli və inkişaf etməliyik, bunu oyunçularımıza hər gün deyirəm. Rəqiblərimiz indi bizə qarşı fərqli oynayırlar. Bu da yəqin ki, ötən mövsümdəki uğurlarımızla bağlıdır”.
“Çelsi” oktyabrın 25-də evdə “Sanderlend”ə 1:2 hesabıyla məğlub olub. Komanda 9 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.
”Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



