“Real” “Qarabağ”ın rəqibinin baş məşqçisi ilə razılıq əldə edib

“Real”ı gələn mövsümdən çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi artıq “Bayer”in baş məşqçisi Xabi Alonso ilə razılıq əldə edib.

Bu təyinat “Real”ın hazırkı çalışdırıcısı Karlo Ançelottinin gələn ilin iyul ayında Braziliya millisinə baş məşqçi təyin olunmasından sonra reallaşacaq. Almaniya klubunun Alonsonun gedişinə indidən razılıq verdiyi bildirilir.

Xabi Alonso 2022-ci ildən Leverkuzen komandasını çalışdırır. O, futbolçu kimi 2009-2014-cü illərdə “Real”da oynayıb. 

“Bayer” Avropa Liqasında “Molde” və “Hakken”lə bərabər “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button