“Qarabağ”ın rəqibinin baş məşqçisi razıdır – Komandasını dəyişməyə
“Bayern” rəhbərliyi baş məşqçi Xabi Alonso ilə müqavilə imzalamaq üçün onun klubu “Bayer”lə (Leverkuzen) danışıqlara başlamağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı ispaniyalı məşqçi karyerasını Münhendə davam etdirməkdə maraqlı olduğunu bildirib. Eyni zamanda, “Bayer” 2025/26 mövsümünün sonuna qədər olan əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün qarşı tərəfdən 15-25 milyon avro tələb edəcək.
Alonso 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Komanda onun rəhbərliyi bu mövsüm 23 turda 61 xal toplayaraq, Almaniya çempionatının turnir cədvəlində birinci yeri tutur.
“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin