“Qarabağ”ın rəqibinin baş məşqçisi braziliyalı futbolçunu Palmerə bənzədir

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın üzvü Estevao Villianla bağlı maraqlı fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşlı futbolçunu komandanın liderlərindən olan Koul Palmerlə müqayisə edib:

“Estevaoya vaxt lazımdır, amma mənim fikrimcə, o, Palmerə çox bənzəyir. Koul da “Mançester Siti”də cinahda oynayırdı, sonra fiziki cəhətdən gücləndi və mərkəzdə çıxış etməyə başladı. Gələcəkdə Estevao da eyni inkişaf yolunu keçərək, “10 nömrə” mövqeyində oynaya bilər”.

Estevao UEFA Çempionlar Liqasında “Ayaks”a qarşı matçdakı (5:1) qələbədə mühüm rol oynayıb. O, bir qol vuraraq, klub tarixində turnirdə qol sevinci yaşayan ən gənc oyunçu olub.

Braziliyalı futbolçu bu yay “Palmeyras”dan “Çelsi”yə transfer olunub. Onun komandası “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button