“Qarabağ”ın rəqibinin baş məşqçisi “Qalatasaray”a məğlubiyyət haqda danışdı

“Ayaks”ın baş məşqçisi Con Heytinqa UEFA Çempionlar Liqasının 4-cü turunda “Qalatasaray”a 0:3 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

Komanda.az NOS-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu nəticənin ədalətsiz olduğunu düşünür:

“Bu nəticə məncə, ədalətsiz idi. Komanda təxminən 60 dəqiqə çox yaxşı oynadı, intizamlı idi, bir neçə dəfə pressinqdən düzgün çıxmağı bacardı. İkinci hissədə də hər şey qaydasında gedirdi, ancaq buraxılan qol hər şeyi dəyişdi”.

O, penaltilərlə bağlı da narazılığını ifadə edib:

“İki penalti epizodu da çox şübhəli idi. Top əvvəl dizə, sonra əllərə dəyirdi. Məncə, bu, artıqdır. Amma futbolçularımı tərifləməliyəm. Dərinlikdən oynamağa cəsarət etdilər, bu da bəzi şanslar yaratdı. Sadəcə, sonda acı hiss qaldı”.

Heytinqa bildirib ki, komanda öz oyun üslubuna sadiq qalmalı və onu inkişaf etdirməlidir:

“Döyüş ruhu həmişə mənim içimdə olub və bu, futbolçularda da görünür”.

Hazırda “Ayaks” xalsız şəkildə turnir cədvəlinin 36-cı, “Qalatasaray” isə 9 xalla 9-cu pilləsində qərarlaşıb.

“Ayaks” “Qarabağ”ın da Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button