“Qarabağ”ın rəqibindən çətin qələbə
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya” (Plzen) Çexiya çempionatında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Plzen təmsilçisi 3-cü turda “Qradets-Kralove”nin qonağı olub.
Son ölkə çempionu rəqibini 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Viktoriya” “Bohemians” və “Brno” ilə birlikdə ilk 3 pilləni bölüşdürür.
“Qarabağ” Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin