
“Qarabağ”ın rəqibindən 5 cavabsız qol
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i “Kornelis kuboku”nun qalibi olub.
Komanda.az xəbər verir ki, sözügedən komanda yoxlama xarakterli yarışın həlledici oyununda “KSK Gent”lə qarşılaşıb.
“Çillaks Arena”da baş tutan derbidə “Qarabağ”ın rəqibi 5:0 hesabı ilə qalib gəlib.
“Gent”in heyətində qolları Hyulsaqer (2-ci dəqiqə), Kuypers (15 və 40-cı dəqiqələrdə), Honq (23-cü dəqiqə) və Hauqe (48-ci dəqiqə) vurublar.
Xatırladaq ki, “Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin