
“Qarabağ”ın rəqibindən 4 cavabsız qol
Futbol üzrə Belçika çempionatında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Kortreyk”lə qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib.
Bu qələbədən sonra “Gent” 30 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin