“Qarabağ”ın rəqibində koronavirus şoku

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq Polşanın “Legiya” klubunun bir üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, klubun bir işçisinin koronavirus testi pozitiv nəticələnib. Həmin şəxs karantinə alınıb. Komanda üzvlərinin və klubun digər işçilərinin test nəticələrinin neqativ olduğu bildirilir.

“Legiya” pley-off mərhələsinin oyununa çıxmaqda hansısa problem olmadığını açıqlayıb.

Varşavada keçiriləcək “Legiya” – “Qarabağ” oyunu bu gün, saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button