“Qarabağ”ın rəqibi yoxlama oyununda məğlub oldu
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveç “Hakken”i yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, sözügedən komanda Finlandiya təmsilçisi HJK-lə üz-üzə gəlib.
Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Qarabağ” H qrupunda sonuncu matçını məhz “Hakken”ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin