
“Qarabağ”ın rəqibi yeni müdafiəçi transfer edə bilər
“Kristal Pelas”ın müdafiəçisi Maxence Lakroix İngiltərənin başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçuyla maraqlanır. Transfer gələn ilin yayında reallaşa bilər.
Lakroixin “Kristal Pelas”la hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatacaq. 25 yaşlı futbolçu bu mövsüm 11 matç keçirib və bir məhsuldar ötürmə edib.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



