
“Qarabağ”ın rəqibi türk futbolçu ilə maraqlanır
“Yuventus”un hücumçusu Kənan Yıldız “Çelsi”nin transfer hədəfinə çevrilib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, London klubu 20 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqları yenidən bərpa etməyi planlaşdırır.
“Barselona” da Yıldızın xidmətində ciddi maraqlıdır, ancaq “Çelsi” bu transferi həyata keçirməkdə daha israrlıdır.
Turin təmsilçisi isə türk hücumçusunu saxlamaq niyyətindədir.
Kənan Yıldız cari mövsümdə “Yuventus”un heyətində 12 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun transfer dəyəri təxminən 75 milyon avro olaraq qiymətləndirilir.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



