“Qarabağ”ın rəqibi tarixinin ən uğursuz dönəmini yaşayır

“Ayaks” yenidən Avropa arenasında uğursuzluqla üzləşib.

Amsterdam təmsilçisi UEFA Çempionlar Liqasının 4-cü turunda doğma meydanda “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə “Ayaks” üçün cari mövsümdə ardıcıl dördüncü, ümumilikdə isə Avropa turnirlərində yeddinci məğlubiyyət olub. Komanda tarixində ilk dəfə belə uzun məğlubiyyət seriyası yaşayır.

Dördqat UEFA Çempionlar Liqası qalibi olan Amsterdam təmsilçisi ən son 2019-cu ildə Erik ten Haqın rəhbərliyi altında uğurlu çıxış etmiş və həmin mövsümdə finalın bir addımlığında dayanmışdı.

Hazırkı uğursuzluqlardan sonra Ten Haqın komandaya qayıda biləcəyi barədə şayiələr yenidən artıb.

“Ayaks” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button