
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü
Futbol üzrə Belçika çempionatında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Antverpen”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda 2 cavabsız qolla məğlub olub – 0:2.
“Gent” hazırda 31 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin