“Qarabağ”ın rəqibi Mourinyo ilə anlaşıb

Joze Mourinyo böyük ehtimalla, “Benfika”nın yeni baş məşqçisi olacaq.

Komanda.az “CNN Portugal”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Lissabon klubu ilə prinsipial razılıq əldə edib və danışıqlar artıq yekun mərhələyə daxil olub.

“Benfika” dünən UEFA Çempionlar Liqasının ilk turunda “Qarabağ”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra Bruno Laje ilə yollarını ayırıb.

Mourinyo 2000-ci ildə qısa müddətə “Benfika”nı çalışdırmışdı. İndi isə onun yenidən “qartallar”ın “sükanı arxasına” keçməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button