“Qarabağ”ın rəqibi qapıçısı ilə yeni müqavilə bağladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.

Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.

Xatırladaq ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında 6-cı tur matçı noyabrın 3-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button