“Qarabağ”ın rəqibi qalib gəldi, aparıcı futbolçusunu itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Bayer”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda frayburqlular qələbəyə seviniblər – 3:2.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Frayburq” liderliyə yüksəlib.

“Qarabağ”ın rəqibi bu oyunda qalib gəlsə də, aparıcı futbolçularından Rolland Şallaini itirib. Yarımmüdafiəçi matçın əvvəlində ciddi zədə alıb. Belə ki, 4-cü dəqiqədə rəqib futbolçunun zərbəsi sağ vingerin göz nayihəsinə tuş gəlib. Həkimlər dərhal tibbi müdaxilə edib. Gözündən zədə alan oyunçu 9-cu dəqiqədə xərəkdə meydanı tərk edib və əvəzlənmək məcburiyyətində qalıb.

Macarıstan millisinin də üzvü olan 25 yaşlı futbolçu “Frayburq”un liderlərindən sayılır. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Almaniya klubu növbəti matçını sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button