
“Qarabağ”ın rəqibi onu geri qaytaracaq
“Aston Villa”nın yarımmüdafiəçisi Harvi Elliot yaxın zamanda “Liverpul”a qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mersisayd klubu 22 yaşlı futbolçunu icarədən vaxtından əvvəl geri çağırmağı planlaşdırır. Buna səbəb onun “Aston Villa”da demək olar ki, oyun praktikasının olmamasıdır. Elliott son üç Premyer Liqa matçında ümumiyyətlə, iştirak ərizəsinə salınmayıb.
Bu qərar “Aston Villa” üçün də sərfəli sayılır, çünki klub artıq gənc yarımmüdafiəçiyə güvənmir. Elliott cari mövsümdə “aslanlar”ın heyətində bütün turnirlər üzrə 6 oyuna çıxıb və 1 qol vurub.
İngiltərəli futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



