“Qarabağ”ın rəqibi niderlandlı futbolçu üçün yarışa qoşulub

“AZ Alkmaar”ın yarımmüdafiəçisi Kes Smit Avropanın top-klublarının diqqətini cəlb edib.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunu uzun müddətdir izləyən əsas namizəd “Real” olsa da, “Çelsi”nin də transfer yarışına qoşulduğu bildirilir.

London təmsilçisinin marağı “kral klubu”nu daha qətiyyətli addımlar atmağa məcbur edə bilər.

19 yaşlı futbolçunun “AZ Alkmaar”la müqaviləsinin müddəti isə 2028-ci ilə qədərdir. O, indiyədək əsas komanda ilə 41 oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button