“Qarabağ”ın rəqibi portuqaliyalı müdafiəçi ilə maraqlanır

“Çelsi” “Latsio”nun sol cinah müdafiəçisi Nuno Tavareşlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu daha əvvəl portuqaliyalı futbolçu üçün 50 milyon avroluq təklifi rədd edib, lakin müdafiəçinin yanvarda daha aşağı qiymətə satılacağı gözlənilir. “Çelsi” onu almağı düşünür.

Tavareş bu ilin iyul ayında “Arsenal”dan “Latsio”ya keçib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

”Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button