“Qarabağ”ın rəqibi futbolçusu ilə müqaviləni yenilədi
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Olimpiakos” futbolçusu ilə müqavilə müddətini uzadıb.
Komanda.az Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi Rodiney daha 3 il Pirey təmsilçisinin şərəfini qoruyacaq.
Braziliyalı futbolçu 2022-ci ildən bu klubun şərəfini qoruyur.
“Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin