“Qarabağ”ın rəqibi doğma meydanda xal itirdi
Futbol üzrə Lüksemburq çempionatında 12-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Düdelanj” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Strassen”lə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
12 oyuna 17 xal toplayan “Düdelanj” hazırda 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Lüksemburq təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin