Alvares daha bir klubun transfer hədəfinə çevrilib

“Atletiko”nun hücumçusu Xulian Alvares yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvardın vəziyyətini “Çelsi” diqqətlə izləyir.

25 yaşlı futbolçu hələ də gələcəyi ilə bağlı qərar verməyib və mediada onun mümkün transferi barədə xəbərlər mütəmadi olaraq yayılır.

Alvaresin xidmətində əsas maraqlı tərəf “Barselona” hesab olunur, həmçinin, PSJ də onu transfer etmək niyyətindədir. Dünya çempionu ilə “Atletiko” arasında qüvvədə olan müqavilənin müddəti 2030-cu ilə qədərdir.

“Çelsi” noyabrın 5-də UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button