“Qarabağ”ın rəqibi argentinalı futbolçuya görə narahat deyil

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin adı yenidən “Real”la yanaşı hallanır.

Argentinalı futbolçu “kral klubu”nun növbəti yay transfer pəncərəsindəki əsas hədəflərindən biri hesab olunur.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi bu vəziyyətdən narahat deyil. “Çelsi”də düşünürlər ki, Fernandes üçün müəyyən ediləcək çox yüksək qiymət “Real”ı bu transferdən çəkindirəcək.

24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2032-ci ilə qədərfir. “Transfermarkt” onun bazar dəyərini 75 milyon avro olaraq göstərsə də, “Çelsi”nin Fernandesi təxminən 130 milyon avroya qiymətləndirdiyi bildirilir.

Fernandes 2022-ci ildə dünya çempionu titulunu qazanıb və “Çelsi”nin əsas oyunçularından biri sayılır. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button