“Qarabağ”ın rəqibi 2-ci Bundesliqa klubu ilə qarşılaşacaq
Almaniya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqibi olan “Frayburq”un da qarşılaşacağı komanda məlum olub. “Frayburq” bu mərhələdə 2-ci Bundesliqada mübarizə aparan “Sankt-Pauli” ilə üz-üzə gələcək.
“Frayburq” Avropa Liqasının qrup mərhələsinin ilk turunda, sentyabrın 8-də “Qarabağ”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin