“Qarabağ”ın Rusiya klubu ilə matçının başlama saatı açıqlandı

“Qarabağ” sabah Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu dəfə Rusiyanın “Ufa” komandası ilə qarşılaşacaq. Hansı ki, sözügedən Premyer Liqa təmsilçisində azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir.

Artıq bu qarşılaşmanın başlama saatı da müəyyənləşib. “Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, “Ufa” ilə matça Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Qurban Qurbanovun çalışdırdığı kollektiv əvvəlki yoxlama oyunlarında Bolqarıstanın “Ludoqorets” klubuna 0:2 uduzub, Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə heç-heçə edib – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button