
“Qarabağ”ın rəqibinin yeni hədəfi – Braziliyalı müdafiəçi
“Liverpul” müdafiə xəttini gücləndirmək üçün “Nottingem Forest”in müdafiəçisi Murriloya maraq göstərir.
Komanda.az “Rousing The Kop”-a istinadən xəbər verir ki, mersisaydlılar artıq “Kristal Pelas”ın kapitanı Mark Quehinin transferində favorit sayılmırlar və buna görə də, alternativ variantlara baxmağa başlayıblar.
Braziliyalı 23 yaşlı futbolçu əsas namizədlərdən biri kimi göstərilir. “Transfermarkt” onun dəyərini 55 milyon avro olaraq qiymətləndirir. Bu göstərici onu dünyanın ən bahalı 10 mərkəz müdafiəçisindən biri edir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



