“Qarabağ”ın rəqibi 24 futbolçu sifariş etdi

Finlandiyanın HJK komandası Avropa Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Komanda.az xəbər verir ki, Helsinki təmsilçisi 24 futbolçu sifariş edib.

Baş məşqçi Toni Korkeakunnasun siyahıya daxil etdiyi oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Myönpyö;

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;

Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay;

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka.

“Qarabağ”la HJK arasındakı ilk matç avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button