“Qarabağ”ın rəqibləri “Barselona”nın sabiq hücumçusunu izləyir

“Palmeyras”ın hücumçusu Vitor Roke yaxın zamanda yenidən Avropada çıxış edə bilər. Braziliyalı futbolçu “Barselona”dakı uğursuz dövrdən sonra vətənində karyerasını uğurla bərpa edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı forvardın oyununu London klubları – “Çelsi” və “Tottenhem” diqqətlə izləyir. Onunla maraqlanan digər klublar arasında “Napoli”, “Roma” və “Betis” də var.

Roke bir müddət öncə “Betis”də icarə əsasında çıxış edib.

Braziliyalı futbolçu “Palmeyras”ın heyətində bütün turnirlərdə 48 oyuna çıxaraq, 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Onunla maraqlanan klublardan “Çelsi” və “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button