“Qarabağ”ın rəqibinin zədəli futbolçularının durumuna aydınlıq gəldi
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Malmö”da zədəli futbolçuların durumu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçilərdən Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir. Stefano Vekkya isə hələlik yüklənmə və bərpa mərhələsindədir.
Müdafiəçilər Niklas Moysander ilə Anton Tinnerholmun bərpa prosesi davam edir.
“Qarabağ” “Malmö” ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq. “Malmö” sentyabrın 22-də İsveç çempionatında “Hakken”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin