“Qarabağ”ın rəqibinin prezidentinə bəraət verildi
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Sivasspor”un prezidenti Məcnun Otyakmaz və “Fənərbaxça”nın sabiq prezidenti Əziz Yıldırım barədə də qərar çıxarılıb. Hər iki şəxsin bəraətinə qərar verilib.
Bundan başqa, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Yıldırım və Otyakmazla birlikdə 23 şəxsə bəraət verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin